Noyabrın 27-də Bakının Xətai rayonunda yol qəzasında xəsarət alan kişi vəfat edib. Bu haqda bu gün, 19 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Vidadi Rüstəmov idarə etdiyi “Nissan Sunny” markalı avtomobillə Səxavət Məmmədovu vurub. Yaralı xəstəxanaya çatdırılıb, ancaq dekabrın 18-də orada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.