Bakının Xətai rayonu, Babək prospektində yerləşən avtoyumaların birindən avtomobil oğurlanıb. Bu haqda bu gün, 30 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
34-cü Polis Şöbəsinə verilən məlumata görə, oktyabrın 28-də sözügedən ərazidə yerləşən avtoyuma məntəqələrinin birindən “Kia” markalı avtomobil qaçırılıb. Araşdırma zamanı məlum olub ki, əməli avtoyuma məntəqəsinin işçisi törədib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş Mətləb Məmmədquliyev Quba rayonu ərazisində avtomobillə saxlanılıb.