Bakının Xətai rayonunda uşaq qəzaya uğrayıb. Bu haqda bu gün, 9 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
4 yaşlı Y.Layıcov yolu keçən zaman onu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bud sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.