Paytaxtın Xətai rayonu, Mehdi Mehdizadə küçəsində baş vermiş yanğın iki avtomobilə ciddi ziyan vurub. Bu haqda bu gün, 28 iyun tarixində Bakuplus.az dyp.polis.az-a istinadən xəbər verir.
Alışma yaşayış binasına bitişik hasarda başlayıb. Alov yaxınlıqda parklanan “BMW” və “Hyundai” markalı avtomobillərə keçib.
Hadisə şahidləri və FHN-in əməkdaşları yanğını söndürüblər.