Bakının Xətai rayonu, Gəncə prospekti, 10 ünvanında yerləşən doqquzmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 10 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Yaşayış binasının 4-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 6 elektrik sayğacı, 3 qoruyucu açar, eləcədə giriş-çıxış kabeli yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.