Bakının Xətai rayonu ərazisində mənzillərin birindən 14000 manat pul və 6000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Bu haqda bu gün, 4 yanvar tarixində BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini Şəadət Həsənov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.