Xətai rayonunda avtomobil piyadanı vurub. Bu haqda bu gün, 9 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun 8 Noyabr prospektində baş verib. 27 yaşlı Gülənbər Seyidova avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada komatoz vəziyyətində xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.