Bakının Xətai rayonunda piyadanın iştirakı ilə yol qəzası baş verib. Bu haqda bu gün, 27 dekabr tarixində Bakuplus.az Report.az-a istinadən xəbər verir.
Avtomobil yolu keçən 28 yaşlı Nərminə Əhmədovanı vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hazırda araşdırmalar aparılır.