Paytaxtın Xətai rayonunda yerləşən kafedə yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 18 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 100 kv.m olan kafenin dəhlizində quraşdırılan elektrik lövhəsində baş verib. Nəticədə 4 ədəd qoruyucu açar və kabel yanıb. Kafenin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.