Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub. Bu haqda 19 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Xətai rayonunda məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın birinci mərtəbəsində yanğın olub. Nəticədə otağa bitişik ümumi sahəsi 15 kv.m olan artırmanın yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.