Xətai rayonu, Süleyman Əhmədov küçəsində güclü yanğın baş verib. Bu haqda bu gün, 25 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə neft çənlərinin yerləşdiyi və borularının keçdiyi açıq ərazidə baş verib. Nəticədə məişət tullantıları və qamışlıq sahə kül olub. Güclü külək yanğının böyüməsi təhlükəsini yaratsa da, alovun genişlənməsinin qarşısı alınıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.