Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 16 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Sözügedən ərazidə iki avtomobil toqquşub. Qəza nəticəsində 64 yaşlı Nazim Məmmədov xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.