Xətai rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 3 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Adıçəkilən ərazidə iki avtomobil toqquşub. Hadisə nəticəsində 30 yaşlı Aynurə Əliyeva xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüklərinin sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.