Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 2 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, fevralın 1-də rayon ərazisində bir nəfərin telefonu quldurluq yolu ilə talanıb.
Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, axtarışda olan Astara rayon sakini, əvvəllər məhkum olunmuş İbrahim Əlizadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.