Bakının Xətai rayonunda silah-sursat aşkarlanıb. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Amin Çərkəzov saxlanılıb. Baxış zamanı ondan 3 ədəd “F-1” qumbarası aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.