Bakının Xətai rayonunda tikinti sahəsindən inşaat materialları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Bu haqda bu gün, 18 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə oktyabrın 14-də baş verib. Rayon ərazisində yerləşən tikinti sahəsindən 1400 manat dəyərində inşaat materialları oğurlanıb. Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli bilinən Şərur rayon sakinləri S.Səfərəliyev və E.Allahverdiyev saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.