Bakının Xətai rayonunda soyğunçuluq yolu ilə telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
İyulun 4-də Bakı sakini A.Ağayev məlumat verib ki, naməlum şəxs ona zor tətbiq edərək mobil telefonunu əlindən alıb.
Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini D.Rüstəmzadə müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.