Bakıda moped avtomobilə çırpılıb. Bu haqda 4 iyul tarixində APA məlumat verib.
Sarayevo küçəsində “Kia” markalı avtomobil yol ayrıcında qəflətən yola çıxıb. Həmin vaxt hərəkətdə olan Elşən Fətəliyev idarə etdiyi mopedlə “Kia”-ya çırpılıb. Qəza nəticəsində Fətəliyev bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alaraq ağır vəziyyətdə 3 saylı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları avtotexniki ekspertiza təyin ediblər.
[caption id="attachment_50956" align="alignnone" width="800"]
Foto Apa.az[/caption]