Bakının Xətai rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 28 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma 6-cı mərtəbənin pilləkən qəfəsində qeydə alınıb. Quraşdırılan elektrik lövhəsində 3 elektrik açarı, altıncı və yeddinci mərtəbələr arasında elektrik kabeli yanıb.
Mənzillər yanğından mühafizə olunub. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.