Bakının Xətai rayonunda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan qadın xilas edilib. Bu haqda bu gün, 5 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə yerinə cəlb olunan xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 76 yaşlı qadına müvafiq köməklik göstəriblər.