Bakının Xətai rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 16 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma üçmərtəbəli restoranda qeydə alınıb. Ümumi sahəsi 1800 kv.m (hər mərtəbəsi 600 kv.m) olan tikilinin havalandırma qurğusunun mühərriki yanıb. Restoranın digər hissələri yanğından mühafizə olunub.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.