Xətai rayonunda azyaşlı uşaq itkin düşüb. Bu haqda bu gün, 13 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
10 yaşlı İlkin Ruşanov adıçəkilən rayon ərazisində yaşadığı evdən çıxıb və ondan bir daha xəbər almaq mümkün olmayıb. Hazırda onun axtarışları aparılır.