Xətai rayonunda narkotik alveri ilə məşğul olanlar tutulublar. Bu haqda bu gün, 14 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 55 yaşlı Azər Qasımov və tanışı, 60 yaşlı Arif Əliyev tutulublar. Onların üzərindən və sonuncunun yaşadığı evdən 26 kiloqram heroin, marixuana, tiryək və metamfetamin aşkar olunub.
Saxlanılan şəxslər narkotiki İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirilən və Qaradağ rayonunda gizlədilən yerdən götürüblər. Onlar narkotikləri yaymaq fikrində olublar.
Faktla bağlı araşdırma aparılır.