Xətai rayonunda narkotik alverinə qarşı əməliyyat keçirilib. Bu haqda bu gün, 25 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı Bakı şəhər sakinləri – 22 yaşlı Afiq Quliyev, 22 yaşlı Ramilə Qurbanova və 36 yaşlı Nicat Əliyev saxlanılıblar. Onlardan ümumilikdə 10 kiloqrama yaxın heroin, marixuana, eləcə də metadon və metamfetamin aşkar edilib.
Narkotacirlər narkotikləri onlayn yolla İran vətəndaşından aldıqlarını bildiriblər.
Bundan əlavə, noyabr-dekabr aylarında keçirilən əməliyyatlar nəticəsində tiryəkxana təşkil edən, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 43 nəfər saxlanılıb.
Aşkar olunan faktlarla bağlı araşdırmalar davam edir.