Paytaxtın Xətai rayonunda qəzaya uğrayan avtomobil yanıb. Bu haqda bu gün, 22 iyul tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
“Hyundai” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək yol kənarındakı dəmir maneəyə çarpılıb. Zərbə nəticəsində avtomobilin mühərrik hissəsi qismən yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar, “Hyundai”ın qalan hissəsi yanğından mühafizə olunub, yanğın söndürülüb.