Xətai rayonunda avtomobil təmiri sexində yanğın baş verib. Bu haqda bu gün, 14 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 65 kv.m olan 2 “boks”dan ibarət sexdə qeydə alınıb. Nəticədə sex tamamilə yanıb. İçərisində olan “Mercedes” markalı maşın kül olub. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.