Xətai rayonunda “VAZ” yanıb. Bu haqda bu gün, 2 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun G.Ə.Şıxlinski küçəsi, 37 ünvanında baş verib. Alışma “VAZ-2107” markalı nəqliyyat vasitəsində qeydə alınıb. Nəticədə maşının salon hissəsi yanıb. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.