Bakının Xətai rayonunda yerləşən avtoservislərin birindən oğurluq edilib. Bu haqda bu gün, 22 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, avtoservisdən avtobus mühərrikinin gövdəsi oğurlanıb. Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakinləri Firdovsi Əliyev və Seymur Xəlilov saxlanılıblar. Baxış zamanı Xəlilovdan heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi açılıb.