Bakının Xətai rayonunda azyaşlı qızdan oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Bu haqda bu gün, 18 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 19 yaşlı R.Abdullayev və 18 yaşlı bir qız saxlanılıblar.
Onlar aprelin 15-də azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinirlər.
Faktla bağlı araşdırma aparılır.