APA-nın verdiyi məlumata əsasən, Hadisə rayonun General Şıxlinski küçəsində baş verib.
Qətlə yetirilənlərdən biri, Bikə Əhmədova 59 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışıb.
Ailənin böyük oğlu olan 24 yaşlı Əhməd Əhmədov balta ilə anası, atası və balaca qardaşını qətlə yetirib.
17:30 - Xətaidə gənc oğlan ailənin 3 üzvünü qətlə yetirib
Xətai rayonunda 3 nəfər bıçaqlanıb. Bu haqda bu gün, 13 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
24 yaşlı Əhməd Əhmədov adıçəkilən rayon ərazisində bir ailənin 3 üzvünü – 52 yaşlı Mehman Əhmədov, 47 yaşlı Bikə Əhmədova və 9 yaşlı Məhəmməd Əhmədovu bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinir.
Onun barəsində araşdırmalar davam edir.