Xətai rayonunun Afiyəddin Cəlilov küçəsində ağır yol qəzası baş verib. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Mənzil istismar sahəsinin 51 yaşlı əməkdaşı Məmməd Babakişiyev məişət tuallantılarını yük maşınına yükləyən zaman “Toyota” markalı minik avtomobili onu vuraraq yük maşınına çarpıb. Nəticədə M.Babakişiyevin hər 2 ayağı amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır.