Bakının Xətai rayonunda kafedə xəsarətlə yekunlaşan dava baş verib. Bu haqda bu gün, 8 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə Cavanşir küçəsində yerləşən "Nar çiçəyim" kafesində qeydə alınıb. Tahir Qarayev münaqişə zəminində şüşə parçası ilə Elşad Rəfiyevə daxilə nüfuz edən xəsarət yetirib.
Qarayev polis əməkdaşları tərəfindən saxlanılıb, fakt araşdırılır.