Xətai rayonunda satıcı bıçaqlanıb. Bu haqda bu gün, 29 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Səməd Bəy Mehmandarov küçəsində baş verib. Şərab evində satıcı kimi işləyən 19 yaşlı Cümşüd Hacıyev müştəri ilə mübahisə edib. Nəticədə sonuncu C.Hacıyevi bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmaya başlanılıb.