Xətai rayonu, Xudu Məmmədov küçəsində piyada səkisini anbara çeviriblər. Bu haqda bu gün, 6 mart tarixində Bakuplus.az “Baki Gundeliyi” Facebook səhifəsinə istinadən xəbər verir.
Bildirilir ki, metronun "Həzi Aslanov" stansiyası yaxınlığında yerləşən əraziyə artıq 3 gündür ki, inşaat materialları yığılıb və piyada səkisi zəbt olunub.
Səkiyə yığılan materiallardan obyektin 2-ci mərtəbəsinin inşasında istifadə olunacağı qeyd olunub.