Bakının Xətai rayonunda avtomobil sərnişin avtobusu ilə toqquşub. Bu haqda bu gün, 2 mart tarixində Bakuplus.az Baku TV-yə istinadən xəbər verir.
Hadisə “Xətai” metro stansiyasının yaxınlığında qeydə alınıb. “Toyota Prius” markalı avtomobil 32 nömrəli avtobusla toqquşub. Nəticədə nəqliyyat vasitələrinə maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Hadisə ilə bağlı görüntüləri təqdim edirik: