Xətai rayonunda mənzildən 20.000 AZN-lik oğurluq edilib. Bu haqda bu gün, 28 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini olan qadın adıçəkilən rayon ərazisində yerləşən mənzillərin birindən 15.000 ABŞ dolları və 5000 dollar dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırmalar davam edir.