Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 17 noyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Taksi sürücüsü olan 20 yaşlı Mail Mikayılov idarəetməni itirib və nəticədə avtomobil beton hasara çarpılıb. Mikayılov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Zərərçəkən Bədən Tərbiyəsi və İdman Akademiyasının 3-cü kurs tələbəsidir. Faktla bağlı araşdırma aparılır.