Xətai rayonunda vətəndaşlarda qanunsuz silah-sursat aşkarlanıb. Bu haqda bu gün, 2 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Müxtəlif vaxtlarda keçirilən əməliyyatlar zamanı Bakı şəhər sakini, 45 yaşlı Amin Çərkəzov, 33 yaşlı Gündüz Səfərov və 47 yaşlı Vüqar İsgəndərov tutulublar. Onlardan ümumilikdə 3 qumbara, 3 ədəd “Kalaşnikov” avtomatı və 1 ədəd “Makarov” tapançası aşkar edilib.
Faktlarla bağlı araşdırmalar davam edir.