Bakının Xətai rayonu, Zeytun küçəsi, ev 97 ünvanında “KamAZ” markalı yük avtomobili evin həyətinə aşıb. Bu haqda bu gün, 31 yanvar tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən xəbər verir.
Yük maşınının sürücüsü arxaya hərəkət edən zaman yer sürüşməsi baş verib. Nəticədə “KamAZ” 5-6 m hündürlükdən evin həyətinə aşıb. Nəticədə sürücü müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Ev yiyəsi isə ona xeyli ziyan dəydiyini deyib:
“Hasarım dağılıb, evimin divarı çatlayıb, cücələrim qırılıb, ağacım aşıb. Bilmirəm, bunların hamısını kim ödəyəcək”, – deyə həyətin sahibi bildirib.
Faktla bağlı araşdırmalar davam edir.