Bakının Xətai rayonunda avtomobil qaçırılıb. Bu haqda bu gün, 29 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirlyinə (DİN) istinadən xəbər verir.
Polis bölməsinə verilən məlumata əsasən, yanvarın 28-də rayon ərazisində “BMW” markalı avtomobil oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində avtomobil tapılıb. Maşını oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini olan yeniyetmə isə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.