Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində narkotik aludəçiləri tutulub. Bu haqda bu gün, 18 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Ruslan Melnik, Zahir Əmralıyev və Mahmud Dəmirçiyev şübhəli bilinirlər. Onların üzərində və yaşadıqları evlərdə külli miqdarda heroin və psixotrop maddə aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb.