Bakının Xəzər rayonunda dənizdə 3 nəfər batıb. Bu haqda bu gün, 12 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə qeydə alınıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Hazırda batdığı ehtimal olunan şəxslərin – 17 yaşlı Ağaşirin Ağayev, 16 yaşlı Abid Aslanov və 15 yaşlı Anar Aslanovun axtarışları davam edir.