Xəzər dənizində qayıq sürən 15 yaşlı oğlan boğularaq ölüb. Bu haqda 13 iyul tarixində Lent.az məlumat verib.
Qaradağ rayonu, Daşgil qəsəbəsi ərazisində qayıq sürən paytaxt sakini 15 yaşlı Əmirxan Şahbazlı qəflətən qayıqdan suya yıxılıb. Nəticədə o, dənizdə boğularaq vəfat edib.
Keçirilən axtarış tədbirləri nəticəsində yeniyetmənin meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.
Hadisənin təfərrüatları araşdırılır.