Paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində naməlum kişi meyiti aşkarlanıb. Bu haqda bu gün, 20 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Xarici görünüşünə görə kişi 55-60 yaş aralığındadır, boyu isə 170 santimetrdir. İlkin ehtimala görə, o, tüfeyli həyat tərzi keçirib.
Sözügedən şəxsi tanıyanlardan Polis İdarəsi ilə əlaqə saxlamaları xahiş olunur.