Bakının Xəzər rayonunda gənc qızın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 16 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
İki avtomobilin toqquşması nəticəsində sərnişin, 17 yaşlı Həsənova Nurcan Mənsur qızı xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.