Bakının Xəzər rayonunda narkotik alverinə qarşı əməliyyat keçirilib. Bu haqda bu gün, 6 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Sentyabr ayı ərzində keçirilən əməliyyatlar zamanı 23 nəfər saxlanılıb, ümumlikdə 5 kiloqram heroin, həmçinin 2 kiloqram metamfetamin və marixuana dövriyyədən çıxarılıb. Saxlanılanlar narkotikləri paytaxt ərazisində satmaq məqsədilə əldə etdiklərini bildiriblər.
Narkotik alverinə qarşı əməliyyatlar davam edir.