Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 23 may tarixində Lent.az məlumat verib.
32 yaşlı Bəbir Şahbazov Binə qəsəbəsi ərazisində naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı qarının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsində araşdırma aparılır.