Bakının Xəzər rayonunda 37 yaşlı piyada vurulub. Bu haqda bu gün, 26 aprel tarixində Report məlumat verib.
Minik avtomobili yolu keçən Fərid Balayevi vurub. Zərərçəkmiş təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və beyin əzilməsi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.