Bakıda evlərdən oğurluq edən şəxs polis tərəfindən tutulub. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 12 may tarixində xəbər verir.
Paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsindəki 4 evdən müxtəlif vaxtlarda ümumilikdə 4100 manat dəyərində 4 ədəd qapı, su mühərriki və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini H.Tarverdiyev saxlanılıb.
Araşdırma aparılır.