Bakının Xəzər rayonunda piyadanı avtomobil vurub. Bu haqda bu gün, 29 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
42 yaşlı İntiqam Babayev yolu keçən zaman onu avtomobil vurub. O, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.